RU

ABŞ sərhəddəki divarı niyə qara rəngə boyayır?

ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, Meksika sərhədindəki divarlar miqrantları çəkindirmək məqsədilə Prezident Donald Trampın tapşırığına əsasən qara rəngə boyanacaq. 

"Cebheinfo.az" xəbər verir ki, “The Hill” qəzetinin xəbərinə görə, Noem Nyu Meksiko ştatının cənub sərhədində yerləşən Santa Teresa bölgəsində etdiyi açıqlamada miqrantların ölkəyə qanunsuz daxil olmasına qarşı yeni tədbiri elan edib.

Noem divarların hündürlüyü və dərinliyi sayəsində miqrantların onların üzərindən və ya altından keçə bilmədiyini vurğulayaraq, nazirliyin metali daha da qızdırmaq məqsədilə qara boya istifadə edəcəyini bildirib:

“Bu, xüsusilə Prezidentin istəyinə uyğun olaraq edilir. Buradakı isti havalarda bir şey qara rəngə boyandıqda daha da qızır və insanların dırmaşması daha da çətinləşir”. 

Ölkəyə girişi əngəlləmək üçün ABŞ–Meksika sərhəd divarlarının qara rəngə boyanacağını bildirən Noem kamera və sensorların da quraşdırılacağını deyib. Noem görüş zamanı nümayiş üçün əlinə rulo fırça götürüb.

Sərhəd Patrul Xidmətinin rəhbəri Mayk Banks yeni boyama üsulunun divarda paslanmanın qarşısını almağa da kömək edəcəyini qeyd edib.

Nigar Hacılı

"Cebheinfo.az"

Избранный
70
1
cebheinfo.az

2Источники