RU

Rafael Utziq “Zirə”ni tərk etdi – Vyetnam klubuna görə

2024/2025-ci illər mövsümü başa çatandan bəri klub rəhbərliyi ilə problem yaşayan braziliyalı hücumçu Rafael Utziq “Zirə”dən ayrılıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, braziliyalı hücumçu karyerasını Vyetnamın “Ho Çi Minh Siti Polis” klubunda davam etdirəcək. “Zirə” Rafaeli bu kluba bir illik icarəyə verib.

Xatırladaq ki, Rafael Utziq 2024-cü ilin yanvar ayından “Zirə”də çıxış edirdi. Onun paytaxt klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Utziq “Zirə”nin heyətində 61 oyuna çıxıb, 18 qol və 4 assistlə yadda qalıb. Braziliyalı futbolçu daha öncə Azərbaycanda “Qəbələ”nin də formasını geyinib. O, əyalət klubunun heyətində keçirdiyi 94 oyunda 18 qola imza atıb, 11 məhsuldar ötürmə müəllifi olub.

29 yaşlı hücumçu daha öncə “Parana”, “Çunqnam Asan”, “Ypiranqa” kimi klubların da formasını geyinib.

Избранный
101
13
arena.az

8Источники