RU

"Zirə" futbolçusunu Vyetnam klubuna icarəyə verib

Braziliyalı futbolçu Rafael Utziq “Zirə”dən ayrılıb. Bu barədə SİA-ya Bakı təmsilçisindən məlumat verilib.

Forvard Vyetnamın “Ho Çi Minh Siti Polis” klubuna bir illik icarəyə verilib.

Qeyd edək ki, Rafael Utziq 2024-cü ilin yanvarından "Zirə"də çıxış edib. Onun "qartallar"la sözləşməsinin müddəti 2026-cı ilin yayında bitir.

Избранный
65
13
sia.az

8Источники