RU

İlkin Rüstəmzadədən müxalif cameə və ictimai sektorla bağlı şok açıqlama: “Qızları kamera ilə çəkirlər...”

“Müxalif cameədən, ictimai sektordan iyrənməyimin ən başlıca səbəblərindən biri ictimai sektor gənclərinin şəxsi, seksual həyatları idi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ictimai fəal İlkin Rüstəmzadə bildirib.

 

O qeyd edib ki, söhbət partiya mənsubluğu olmayan, ortada fırlanan yüzlərlə gəncdən gedir: “Həmişə öz-özümə deyirdim ki, bu adamlar seksual azadlıq qışqırırlar, amma bu seksual azadlıq deyil axı. Bu, bildiyin kimisə kölə eləməkdir. İctimai sektorda olan, özünə aktivist deyən gədələrin 90%-i münasibətdə qızları çəkirlər gizli kamera ilə. Sonra qruplar var. O videoları atırlar o qruplara. Bu yazdığımı onlarla sevgi münasibətində olan qızlar təsdiqləyə bilər. Hansısa “qurban” tələyə düşdüyü anda bitmişdir. Videoları qrupda gəzir, ona anidən onlarla oğlan yazmağa başlayır. İçkisinə dərman və s. Dalınca da o adam ömürlük travma alacaq qədər seksual istismar olunur. Yüzlərlə belə qurban qız var. Hamısını demokratiya/azadlıq deyə-deyə qrup şəklində istifadə ediblər, öz razılıqları olmadan videoya çəkiblər. Mən bu adamların demokratiyadan, haqq-ədalətdən danışdığını görüb iyrənmişdim. Özü də indi yox, illər əvvəl. Hətta ən sərt aktivist olduğum dönəmdə belə bunların “kruq”undan çox uzaq idim. Bunu da hər kəs görürdü, səbəblərini soruşurdu. Təbii, heç nə demirdim, düşünürdüm bir cəbhədəyik. Amma indi görürəm ki, heç vaxt olmamışıq. Bunlar, sadəcə, bir qrup əxlaqsız, pozğun adamlardır və demokratiya çətirindən istifadə ediblər. Vəssəlam”.

Tarix: 20 Avqust 2025, 16:02   
Избранный
32
9
pravda.az

10Источники