BAKI, 20 avqust. TELEQRAF
İspaniyanın "Leqanes" klubunun futbolçusu Xuan Kruz atalıq məzuniyyətinə çıxmaq istəyir.
Teleqraf "Marca" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yaxın günlərdə ata olacağı üçün komandanın düşərgəsini tərk edib.
Argentinalı oyunçu valideynlik məzuniyyəti üçün kluba müraciət etmək imkanını ciddi şəkildə nəzərdən keçirir. Bu, İspaniya peşəkar futbolunda ilk belə hal olacaq.
Qeyd edək ki, Xuan kruz ötən mövsüm ərzində 39 oyunda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.