RU

İspaniya klubunda çıxış edən futbolçu atalıq məzuniyyəti götürmək istəyir

İspaniya təmsilçisi "Leqanes"in yarımmüdafiəçisi Xuan Kruz klubun onu başqa komandaya satmaq istəməməsi səbəbindən atalıq məzuniyyəti götürmək istəyir.

"Report" “Marca” qəzetinə istinadən xəbər verir ki, futbolçu klubdan ayrılmaq arzusunu bir neçə ay əvvəl rəhbərliyə bildirib.

Əsas heyətə düşməkdə çətinlik çəkməsi və komandanın La Liqanı tərk etməsi səbəbindən ayrılmaq qərarı verən Kruzun "Leqanes"lə müqaviləsi davam edir. Klubun isə futbolçuya qoyduğu 10 milyon avro məbləği ödəmək istəyən digər kollektiv tapılmır.

"Leqanes"in heyətində yer almaq istəməyən 25 yaşlı oyunçu rəhbərliyə yaxın müddətdə övladının olacağını, bu səbəbdən atalıq məzuniyyəti götürmək istədiyini bildirib.

Mənbənin məlumatına görə, İspaniya futbolunda heç vaxt belə bir hal yaşanmayıb.

Qeyd edək ki, X.Kruz "Leqanes"in heyətində 55 matçda 12 qol vurub.

Избранный
65
report.az

1Источники