RU

Daşınmaz əmlak əməliyyatlarına yatırımlar iki dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar
əməliyyatlara 4,4 milyon manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 2,3 milyon manat və ya 2,1 dəfəçoxdur.

Belə ki, 2024-cü ilin ilk yeddi ayında ölkədə əsas kapitalayönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar
əməliyyatlara 2,1 milyon manat sərf olunmuşdu.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 9,9 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 3,4% çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4% azalıb,qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15%artıb.

Ümumi sərmayənin təqribən 5 milyard manatı və ya 50,9%-i məhsulistehsalı sahələrinin, 3,3 milyard manatı (33,7%-i) xidmətsahələrinin, 1,5 milyard manatı (15,4%-i) isə yaşayış evlərinintikintisinin payına düşüb. Ümumi sərmayənin 52,2%-i dövlət, 47,8%-iqeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayəqoyuluşunun 78,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 76,7%-ni təşkil edib.

Məqalədə:
Избранный
41
2
az.trend.az

10Источники