BAKI, 20 avqust. TELEQRAF
Belarus və İran strateji əməkdaşlıq sazişi bağlamaq barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 20-də İran Prezidenti Məsud Pezeşkianla danışıqların yekunu üzrə jurnalistlərə bildirib.
Görüşdən sonra Belarus və İran prezidentləri Belarus-İran münasibətlərinin dərinləşməsinə dair birgə bəyanat qəbul ediblər.
Lukaşenkonun sözlərinə görə, tərəflər ikitərəfli əməkdaşlıqda müsbət dəyişikliklərə imkan verəcək yaxşı nəticələr əldə ediblər:
“Bu dəyişikliklərin yaxşı nəticəsi o olardı ki, prezidentlə razılaşdığımız kimi, yaxın gələcəkdə strateji əməkdaşlıq haqqında saziş hazırlayıb imzalayaq”.