RU

KOBİA rəsmisi: Bu günədək 2,2 milyon manat dəyərində qrant layihələri maliyyələşdirilib  

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu günədək 2,2 milyon manat dəyərində qrant layihələri maliyyələşdirib.

AZƏRTAC xəbər verir ki, bunu Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov “İnnostart" layihəsinin yekun tədbirində bildirib.

S.Hümbətov qeyd edib ki, bunlardan 20-dən çoxu rəqəmsallaşma ilə bağlıdır. Bu günədək 220 ədəd startap şəhadətnaməsi verilib. Startap şəhadətnamələrinin təqdimatı tam ədalətli və ekspertlər şurasının qiymətləndirməsi əsasında həyata keçirilir. 

Избранный
66
3
azerbaijan-news.az

5Источники