RU

ADY: 7 ayda qatarlar təsərrüfat heyvanları ilə 27 dəfə toqquşdu

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.

Publika.az ADY-yə istinadən xəbər verir ki, nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da sərnişinlərin həyatına risk yaradır. Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraq cərimələnir.

Bildirilib ki, ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafına çəkdiyi hasarlar bəzən bu cür məsuliyyətsiz davranışları “hasarlaya" bilmir.

Избранный
26
18
publika.az

10Источники