RU

“Palmeyras” 1/4 finalın “qapısını araladı”

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avqustun 12-15-i aralığında Libertadores Kubokunun (LK) pley-offuna start verildi. Cənubi Amerikanın ən nüfuzlu klub turnirində 1/8 finalın ilk oyunları keçirildi.Bu mərhələdə Braziliyanın 6, Argentinanın 4, Paraqvayın 2, Uruqvay, Ekvador, Peru və Kolumbiyanın hərəyə 1 klubu çıxış edir. 1/8 finalda, belə desək, bir Braziliya derbisi baş tutdu. İlk pley-off oyunları qeyri-məhsuldar keçməsi ilə yadda qaldı: 3 oyunda hesab açılmadı, 4 matçda tərəflərdən birinin minimalhesablı üstünlüyü qeydə alındı. Yalnız bir duel böyük hesabla nəticələndi. Buna isə “Palmeyras” nail oldu. Braziliya nəhəngi Peruda “Universitario”nun qapısından 4 cavabsız top keçirməklə 1/4 finalın “qapısını araladı”.LK-nın son qalibi “Botafoqo” evdə “LDU Kito”nu çox erkən – ilk dəqiqədə vurulan qolla məğlub etdi. “Penyarol” “Rasinq”ə, “Estudiantes” “Serro Portenyo”ya, “Flamenqo” isə “İnternasyonal”a minimal hesabla qalib gəldi.1/8 final, ilk oyunlarFortaleza (Braziliya) - Veles Sarsfild (Argentina) 0:0Atletiko Nasyonal (Kolumbiya) - San Paulu (Braziliya) 0:0Penyarol (Uruqvay) - Rasinq (Argentina) 1:0Terans, 78.Serro Portenyo (Paraqvay) - Estudiantes (Argentina) 0:1Askasibar, 90+8-p.Flamenqo (Braziliya) - İnternasyonal (Braziliya) 1:0Bruno Enrike, 28.Botafoqo (Rio de Janeyro, Braziliya) - LDU Kito (Ekvador) 1:0Artur, 1.Universitario (Peru) - Palmeyras (Braziliya) 0:4Q.Qomes, 7-p. X.Lopes, 12; 75. Roke, 30.Libertad (Paraqvay) - River Pleyt (Argentina) 0:0Cavab oyunları avqustun 19-22-si aralığında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
icma.az

2Источники