ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Rusiya İstintaq Komitəsi müdafiə nazirinin keçmiş müavini Pavel Popov barəsində aparılan istintaqı başa çatdırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, o, dələduzluq, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Bildirilib ki, istintaq materialları Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə toplanıb.
Popovun işi artıq məhkəməyə göndərilməyə hazır vəziyyətə gətirilib. Rəsmi məlumata görə, cinayət işi üzrə yekun qərarı məhkəmə verəcək.
Əli Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.