RU

Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 27 hadisə baş verib

BAKI, 20 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.

ADY-dən Teleqraf-a verilən məluamat görə, hadisələr nəticəsində heyvanlar tələf olub, qatarların texniki vəziyyətinə zərər dəyib və maşinistlər təcili tormozlama etməyə məcbur qalıblar ki, bu da sərnişinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Dəmir yolu xətlərinin keçdiyi sıx məskunlaşmış ərazilərdə qoruyucu hasarlar çəkilsə də, bəzi hallarda məsuliyyətsiz heyvan sahiblərinin nəzarətsiz buraxdığı mal-qara bu maneələri keçərək dəmir yolu xəttinə daxil olur. Nəticədə həm qatarların hərəkət cədvəli pozulur, həm də maddi və mənəvi itkilər baş verir. Belə hallarda heyvan sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnirlər.

Qanunvericiliyin tələblərinə görə, "Yol hərəkəti haqqında" qanuna əsasən, təsərrüfat heyvanlarını dəmir yolu xətlərindən yalnız xüsusi ayrılmış keçidlər vasitəsilə keçirmək icazəlidir. Günün qaranlıq vaxtlarında və ya məhdud görünmə şəraitində bu cür keçidlər tamamilə qadağandır. Bundan əlavə, heyvan sürüləri dəmir yolu xəttindən keçirilərkən təhlükəsizliyin təmin olunması üçün kiçik dəstələrə bölünməlidir.

Избранный
137
1
teleqraf.com

2Источники