RU

Bir məktubla tarixi dəyişdirən 10 yaşlı qızın müəmmalı sonu

1980-ci illərin "Soyuq müharibə" dövründə ABŞ Prezidenti Ronald Reyqan SSRİ-ni "şər imperiyası" adlandırarkən 10 yaşlı amerikalı məktəbli Samanta Smit yenicə SSRİ Kommunist Partiyasının baş katibi seçilmiş Yuri Andropova məktub yazaraq ona bir sual ünvanlayır:

"Siz Amerikaya qarşı müharibə etmək istəyirsinizmi?". Andropov məktuba cavab verərək müharibə istəmədiyini bildirir və Samantanı SSRİ-yə dəvət edir. 1983-cü ilin yayında Moskvaya səfər edən amerikalı qız ölkədə ən yüksək qonaq kimi qarşılanır. O, Moskva və Leninqradı gəzir, "Artek" pioner düşərgəsində sovet uşaqları ilə birlikdə qalır. Dünyanın diqqətini çəkən bu səfər Samantanı "sülh səfiri"nə çevirir. Amerikaya qayıtdıqdan sonra o, kitab yazır, televiziya proqramında aparıcılıq edir, beynəlxalq səfərlərdə iştirak edərək sülh ideyalarının təbliğinə qoşulur.

Lakin 1985-ci ilin 25 avqustunda, cəmi 13 yaşında atasının da olduğu təyyarə qəzasında həlak olur. Samanta Smitin adı SSRİ-də poçt markasında əks olunur, asteroidə və sərnişin gəmisinə verilir, "Artek" düşərgəsində onun xatirəsinə xiyaban salınır.

ABŞ-də isə Men ştatının paytaxtı Oqastada heykəli ucaldılır.

Baku TV uşaq diplomatiyasının simvoluna çevrilən Samanta haqqında ətraflı araşdırmanı təqdim edir.

Ətraflı süjetdə:

Избранный
18
2
far.az

3Источники