RU

Aleksandr İsakdan "Nyukasl"a ittiham

"Vədlər pozulduqda və etibar itirildikdə, münasibətlər davam edə bilməz".

İdman.biz xəbər verir ki, bunu “Nyukasl”ın hücumçusu Aleksandr İsak “Instagram” hesabında yazıb.

25 yaşlı isveçli futbolçu Peşəkar Futbolçular Assosiasiyasının (PFA) ilin yekunlarına dair mükafatlandırma mərasiminə qatılmadığını və dəyişikliyin zamanı olduğunu bildirib: “PFA Premyer Liqasında 2024/25 mövsümünün komandasında yer alan peşəkar yoldaşlarım tərəfindən tanındığım üçün fəxr edirəm. İlk növbədə, komanda yoldaşlarıma və bu yolda mənə dəstək olan “Nyukasl”dakı hər kəsə təşəkkür etmək istəyirəm. Bu axşam mərasimdə deyiləm. Hər şey belə davam edərkən orada olmaq düzgün deyildi. Başqaları danışarkən mən uzun müddət susmuşam. Bu susqunluq insanlara hadisələrlə bağlı öz versiyalarını irəli sürməyə imkan verdi. Onlar bunun həqiqətən deyilənləri əks etdirmədiyini bilsələr də, bağlı qapılar arxasında razılaşdılar. Reallıq odur ki, vədlər verildi və klub mənim mövqeyimi çoxdan bilirdi. Vədlər pozulduqda və etibar itirildikdə, münasibətlər davam edə bilməz. İndi dəyişiklik təkcə mənim deyil, hər kəsin maraqlarına uyğundur”

İdman.biz

Избранный
45
1
idman.biz

2Источники