RU

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Bakıya göndərildi

Daha

Kiyevdən Bakıya reabilitasiya məqsədilə daha bir qrup ukraynalı uşaq yola salınıb. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatlar və uşaqların valideynləri iştirak ediblər.Səfir Seymur Mərdəliyev bildirib ki, daha 30 ukraynalı uşaq Azərbaycana reabilitasiyaya göndərilir. Artıq üç ildən çoxdur ki, Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edir, onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək göstərir.Diplomatın sözlərinə görə, bu dəfəki qrupda Xarkov, Odessa, Vinnitsa və Kiyev vilayətlərindən olan müxtəlif yaş qruplarına aid uşaqlar yer alıb. Onlar ölkəmizdə həyata keçirilən xüsusi proqramlarda iştirak edərək psixoloji bərpa və reabilitasiya keçəcəklər.Qeyd edək ki, bu günədək təxminən 400 ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib. (azərtac)Ulusum.az

Diqqət Çəkənlər

Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO

Torpaqlarımızı verə bilmərik – Zelenski

ABŞ-da it üçüncü dəfə insan qalıqları tapdı – sirlə dolu araşdırma davam edir

Избранный
27
9
ulusum.az

10Источники