RU

Sabah Cəlilabadda 4 200 abonent qazsız qalacaq

Sabah Cəlilabada orta məktəbə qazın verilməsi ilə əlaqədar 18 yaşayış məntəqəsi qazsız qalacaq.

“Cebheinfo.az”  xəbər evrir ki, Cəlilabad rayon ərazisində yerləşən Ocaqlı kəndindəki 1 saylı tam orta məktəbə təbii qazın verilməsi məqsədilə aparılacaq işlər ilə əlaqədar olaraq, 18 yaşayış məntəqəsində – Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Ətçələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir və Qarazəncir kəndlərində, ümumilikdə 4200 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.

“Cebheinfo.az”

Избранный
41
15
cebheinfo.az

10Источники