AZ

Qaz olmayacaq

Sabah Cəlilabad rayon ərazisində yerləşən Ocaqlı kəndindəki 1 saylı tam orta məktəbə təbii qazın verilməsi məqsədilə aparılacaq işlər səbəbindən 18 yaşayış məntəqəsi qazsız qalacaq.

 

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Ətçələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir və Qarazəncir kəndlərində, ümumilikdə 4 200 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.

Tarix: 19 Avqust 2025, 18:13   
Seçilən
27
9
pravda.az

10Mənbələr