RU

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib  

Avqustun 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

AZƏRTAC Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbul zamanı müraciətlər diqqətlə dinlənilib və qaldırılan məsələlərin araşdırılacağı, qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar ardıcıllıqla icra edilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərini daim diqqətdə saxladığı və onun tapşırıqlarına uyğun tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Komitə sədri diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin gedişinə uyğun olaraq, ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi təmin edilir.

Vətəndaşların müraciətləri əsasən Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Избранный
68
6
azerbaijan-news.az

10Источники