Odessa komandasının ukraynalı futbolçusu İrina Maiborodina Ukrayna çempionatının matçında hakimlə rus dilində mübahisə etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mash na sport” məlumat yayıb.
Maiborodina hakimə rusca qışqırmağa başlayıb: “Görmürsən?” buna görə dərhal sarı vərəqə alıb.
Baş hakim Anastasiya Romanyuk matç zamanı deyib: “Biz burada rus dilində danışmırıq, bu, Ukrayna çempionatıdır”.