Ukraynanın qadınlardan ibarət "Sisters" komandasının futbolçusu İrina Mayborodina oyun vaxtı rus dilindən istifadə etdiyi üçün sarı vərəqə alıb.
"Report" yerli "Tribuna" nəşrinə istinadən xəbər verir ki, hadisə "Kolos"la matçın 42-ci dəqiqəsində baş verib.
Baş hakim Anastasiya Romanyuk idmançıya bu hərəkətinə görə xəbərdarlıq edib.
"Biz burada rus dilində danışmırıq. Bu, Ukrayna çempionatıdır", - deyə referi bildirib.
Qeyd edək ki, görüş "Sisters"in qələbəsi ilə yekunlaşıb - 2:1.