AZ

Ukrayna çempionatında futbolçu rus dilində danışdığı üçün sarı vərəqə alıb

Ukraynanın qadınlardan ibarət "Sisters" komandasının futbolçusu İrina Mayborodina oyun vaxtı rus dilindən istifadə etdiyi üçün sarı vərəqə alıb.

"Report" yerli "Tribuna" nəşrinə istinadən xəbər verir ki, hadisə "Kolos"la matçın 42-ci dəqiqəsində baş verib.

Baş hakim Anastasiya Romanyuk idmançıya bu hərəkətinə görə xəbərdarlıq edib.

"Biz burada rus dilində danışmırıq. Bu, Ukrayna çempionatıdır", - deyə referi bildirib.

Qeyd edək ki, görüş "Sisters"in qələbəsi ilə yekunlaşıb - 2:1.

Seçilən
67
1
report.az

2Mənbələr