RU

İtaliya Azərbaycandan neft alışını 50 faiz artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 4,424 milyard ABŞ dolları dəyərində 8,431 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 824 milyon ABŞ dolları və ya 22,9%, həcm ifadəsində isə 2,759 milyon ton və ya 48,6% çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan İtaliyaya 3,600 milyard ABŞ dolları dəyərində 5,671 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdi.

Избранный
53
5
azpost.info

10Источники