Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 547,1milyon ABŞ dolları dəyərində 1,027 milyard ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 50,1 milyon ABŞ dolları və ya 8,4%azdır, həcm ifadəsində isə 85,9 milyon ton və ya 9,1% çoxdur.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan Çexiyaya597,2 milyon ABŞ dolları dəyərində 941,7 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilmişdi.
Dövr ərzində Çexiya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.