RU

Azərbaycanlı futbolçu Albaniya klubuna keçib

Albaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, ötən mövsüm "Mingəçevir"də oynayan qapıçı Elməddin Məmmədov Albaniyada çıxış edəcək.

29 yaşlı qolkiper  "Luftetari Gjikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, E.Məmmədov bunadək “Alqa”(Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “TC Sports Club”(Maldiv adaları), “Muras Yunayted”(Qırğızıstan), “St. Andryus”(Malta), “Yedinstvo Bihac”(Bosniya və Herseqovina) klublarında oynayıb.

Избранный
47
unikal.az

1Источники