RU

Oğlu Neymarın göz yaşlarına biganə qalmadı: Bunları yazdı

Braziliya çempionatının A Seriyasının 20-ci turunda "Santos" "Vasko da Qama"ya qarşı ağır məğlubiyyət alıb – 0:6.

Publika.az xəbər verir ki, doğma klubuna qayıdan və əsas ulduz hesab olunan Neymar üçün bu oyun böyük zərbə olub. Final fitindən sonra futbolçu emosiyalarını saxlaya bilməyib və meydançada ağlayıb.

Lakin ən ağır anda o, ən dəyərli insandan, oğlu Davi Lukadan dəstək sözləri alıb. Davi atasına yazdığı səmimi mesajla sosial şəbəkələrdə böyük diqqət çəkib. O, Neymara "idol və ilham mənbəyi" deyə müraciət edib, hər zaman yanında olacağına söz verib və ailənin ən çətin anlarda əsas dayağını təşkil etdiyini xatırladıb:

"Sən sadəcə əla ata deyilsən, mənim qəhrəmanımsan. Başını dik tut və həmişə etdiyin kimi irəli get. Sən inanılmazsan və mən səni bütün qəlbimlə sevirəm", – deyə Davi yazıb.

Heybət

Избранный
141
publika.az

1Источники