AzVision.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Yaponiya ölkənin Quru qoşunları, Donanma və Hərbi Hava qüvvələrinin kütləvi şəkildə PUA-larla təchiz edilməsində maraqlıdır.
“Nakatani Türkiyəyə səfər edən Yaponiyanın ilk Müdafiə naziri olacaq. Hər iki tərəf satınalma, birgə istehsal və texnologiya transferi də daxil olmaqla geniş spektrli məsələləri müzakirə edəcək. Nazir həmçinin Türkiyənin müdafiə obyektlərinə, o cümlədən Hərbi Dəniz Donanmasının gəmiqayırma zavodlarına baxış keçirməyi planlaşdırır”, - məlumatda deyilir.
Yaponiya və Türkiyə həmçinin iki ölkənin Silahlı qüvvələri arasında təmasların intensivləşdirilməsinə dair razılığa gəlmək niyyətindədirlər.
Nakatani, eyni zamanda, Yapon hərbi gəmilərinin təchizat bazasına malik olduğu və 190-a yaxın yapon dənizçisinin daimi yerləşdiyi İordaniya və Cibutiyə səfər etməyi planlaşdırır.
Qeyd edək ki, Yaponiya hökuməti gələn il büdcəsindən 100 milyard ieni (təxminən 680 milyon ABŞ dolları) öz ordusunda pilotsuz təyyarələrin kütləvi istehsalı və yerləşdirilməsi üçün ayırmağı planlaşdırır. Tokio hazırda öz ordusunu bu cür sistemlərlə təchiz etməkdə xeyli geri qalır.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта