RU

İxtisas seçimi bu gün başa çatır - Hansı qruplarda "sıxlıqdır"...

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.

Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Bizim.Media xəbər verir ki, “modern.az”ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, bu gün saat 09:15-dək 81363 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Hazırkı vəziyyətə görə, qruplar üzrə ərizəsini təsdiq edən abituriyentlərin sayı aşağıdakı kimidir:

1-ci qrup: 22536

2-ci qrup: 17844

3-cü qrup: 23203

4-cü qrup: 6373

5-ci qrup: 15589

Müsabiqədə iştirak edənlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında saat 17:00-dək ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 9 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Bizim.Media

Избранный
53
25
bizim.media

10Источники