RU

Şəmkirdə narkokuryerlik edən şəxslər saxlanılıblar

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 37 yaşlı Şahin Məmmədov və 27 yaşlı Mustafa Əhmədov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Cebheinfo.az”-a verilən məlumata görə, onlardan 10 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

“Cebheinfo.az”

Избранный
5
4
cebheinfo.az

5Источники