Elməddin Məmmədovun yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, son olaraq "Mingəçevir"də çıxış edən qapıçı karyerasını Albaniyada davam etdirəcək.
29 yaşlı qolkiper "Luftetari Qyikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Bu barədə I liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Məmmədov bunadək “Alqa” (Qırğızıstan), “Tsxinvali” (Gürcüstan), “TC Sports Club” (Maldiv adaları), “Muras Yunayted” (Qırğızıstan), “St. Andryus” (Malta), “Yedinstvo Bihac” (Bosniya və Herseqovina) klublarında oynayıb.
Premyer Liqa: Gümüş və bürünc medalçılar üz-üzə - YENİLƏNİR
Millimizin Qarabağ səfəri başa çatıb
“Qarabağ”dan “Şamaxı”ya - RƏSMİ
Anatoli Banişevskinin ailəsi “Neftçi”nin qonağı olub
Almaniyalı mütəxəssis "Şamaxı"nın akademiyasında