RU

Azərbaycanda bu tarixdən əhaliyə dərmanlar PULSUZ VERİLƏCƏK

Gələn ildən ölkəmizdə icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən xidmətlərin dairəsi daha da genişlənəcək.

Turkustan.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin planına əsasən, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.

İlkin mərhələdə ürək-damar xəstəlikləri üzrə dərmanların təminatı nəzərdə tutulur. Növbəti illərdə isə bu imkan genişləndirilərək mərhələli şəkildə həzm sistemi və tənəffüs yolları ilə bağlı dərman vasitələri də əhaliyə təqdim olunacaq.

Yeni mexanizmin işləməsi üçün Dövlət Agentliyi özəl apteklərlə əməkdaşlıq edəcək. Müqaviləli apteklər vasitəsilə vətəndaşlar həkim resepti əsasında elektron qaydada dərmanlarını əldə edə biləcəklər.

Eyni zamanda, "Xidmətlər zərfi" ürək-damar, neyrocərrahiyə, ümumi cərrahiyə, uroloji, oftalmoloji, travmatologiya və laborator sahələrdə də yeni tibbi xidmətlərlə zənginləşdiriləcək. (Baku.ws)

Избранный
17
4
turkustan.az

5Источники