RU

Qazaxıstan tranziti gücləndirir: Çin-Aİ marşrutu cəmi 16 günə qət ediləcək

Astana, 19 avqust, AZƏRTAC

Şanxaydan Rotterdama dəniz yolu ilə yüklər təxminən 60 gün çəkir və bu Süveyş kanalının sərbəst olması şərti ilə mümkündür. Qazaxıstan vasitəsilə yüklərin çatdırılması isə 16 gündən çox çəkmir.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan hökumətinin iclasında “Samruk-Kazyna” ASC İdarə Heyətinin sədri Nurlan Jakupov deyib.

O əlavə edib: “Ümumilikdə, Çin-Aİ-Çin marşrutu üzrə bütün yük axınının 85%-i ölkəmizin ərazisindən keçir.

İdarə Heyəti sədrinin sözlərinə görə, hazırda xarici və daxili infrastrukturun tikintisi üzrə tranzitin artırılması istiqamətində işlər aparılır. Xüsusən, beynəlxalq terminallar şəbəkəsi formalaşdırılır: Çinin Lianyunqan və Sian limanlarında mövcud terminallara Çenqdu şəhərində tutumların əlavə edilməsi planlaşdırılır.

O vurğulayıb: “Bundan əlavə, tranzit yük axınını artırmaq üçün Çinlə üçüncü sərhəd keçidinin - Baxtı-Ayagöz dəmir yolu xəttinin tikintisinə başlanılıb. Dəniz nəqliyyatı xidmətlərinin genişləndirilməsi məqsədilə konteyner gəmiləri alınır, Xəzər dənizi limanının ərazisinin dərinləşdirilməsi işləri aparılır. Hava daşıma xidmətlərini inkişaf etdirmək üçün milli aviadaşıyıcının yaradılması məsələsinə baxılır”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
12
1
azertag.az

2Источники