ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Barselona" futbol klubu 2025/26 mövsümü üçün ABŞ-nin "Nike" brendindən narıncı rəngli üçüncü formasını təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
"Barselona"nın 2025/26 mövsümü üçün üçüncü forması sözün əsl mənasında ətrafa qələbə işığı saçır. Manqo rəngi komandanın 2009-cu ilin dekabrında klublararası dünya çempionatının finalında geyindiyi narıncı formadan ilhamlanaraq köynəyin mərkəzi elementinə çevrildi", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, La Liqanın 1-ci turunda "Barselona" "Malyorka"nı inamla məğlub edib (3:0).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.