AZ

"Barselona"nın 2025/26 mövsümü üçün ÜÇÜNCÜ FORMASI

Yazını böyüt
Yazını kiçilt

"Barselona" futbol klubu 2025/26 mövsümü üçün ABŞ-nin "Nike" brendindən narıncı rəngli üçüncü formasını təqdim edib.

Hafta.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

"Barselona"nın 2025/26 mövsümü üçün üçüncü forması sözün əsl mənasında ətrafa qələbə işığı saçır. Manqo rəngi komandanın 2009-cu ilin dekabrında klublararası dünya çempionatının finalında geyindiyi narıncı formadan ilhamlanaraq köynəyin mərkəzi elementinə çevrildi", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, La Liqanın 1-ci turunda "Barselona" "Malyorka"nı inamla məğlub edib (3:0).

Seçilən
70
2
hafta.az

3Mənbələr