Müğənni Hülya Avşarın qızı Zehra Çilingiroğlu özünə yeni süvenir markası yaradır.
Far.Az xəbər verir ki, o bundan sonra evlərin dizaynında istifadə edilən fərqli modelli süvenirlər hazırlayacaq.
Zehra London Westminster Üniversitetini, daha sonra Bahçeşehir Üniversitetinin memarlıq fakültəsini bitirib.
O hazırda Türkiyənin ən qabaqcıl memarlıq şirkətlərindən birində işləyir.
Zehra indiyə qədər hazırladığı maraqlı kolleksiya nümunələri ilə müzakirələrə səbəb olub.