RU

Sabunçuda talama cinayəti: oğrular saxlanıldı

Sabunçuda talama cinayəti: oğrular saxlanıldı

Sabunçu rayonunda talama cinayəti qeydə alınıb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8000 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə müraciət edib.

Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Ə.Namazov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə zərərçəkmişə məxsus mopedi oğurlamaqda şübhəli bilinən A.Şükürov da saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Избранный
83
4
afn.az

10Источники