RU

Azərbaycanda kriptovalyuta almaqla gəlir əldə edənlər vergi ödəməli olacaq

Azərbaycanın vergi qanunvericiliyində qeyri-sahibkarlıqdan gəlir, o cümlədən kriptovalyuta üzrə əməliyyatlardan gəlirlərin vergiyə cəlb olunması ilə bağlı mexanizm mövcuddur və kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla (VÖEN əldə etməklə) öz vergi öhdəliklərini yerinə yetirməlidirlər.

Far.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən əməkhaqqından başqa hər hansı digər gəlir, təqdim olunduğu təqdirdə, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, qeyri-sahibkarlıqdan gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt isə onun təqdim olunduğu tarix hesab edilir. Bu zaman vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.

Избранный
71
29
far.az

10Источники