Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Fransaya 41,3 milyonABŞ dolları dəyərində 81,7 min ton bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları ixrac olunub.
Bu barədə TrendDövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 15,8 milyon ABŞ dolları və ya 27,6%,həcm ifadəsində isə 8 min ton və ya 8,9% azdır.
Dövr ərzində Fransa Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 18-ci pillədə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19ölkəyə 7,7 milyard ABŞ dolları dəyərində 14,5 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyərifadəsində 1,6 milyard ABŞ dolları və ya 17%, həcm ifadəsində isə225,5 min ton və ya 1,5% azdır.
Bundan başqa, 2025-ci ilin yanvar-iyul aylarında AzərbaycanlaFransa arasında ticarət əməliyyatlarının həcmi 189,7 milyon ABŞdolları təşkil edib. Məlumata görə, bu, 2024-cü ilin eyniaylarındakı göstərici ilə müqayisədə 7,5 milyon ABŞ dolları və ya3,8% azdır.
Hesabat dövründə Fransa ilə ticarət əməliyyatları Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,66%-i həcmində olub.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Fransaya 45,8milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 16,8 milyon ABŞ dolları və ya 26,8% azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında FransadanAzərbaycana 143,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 9,3 milyon ABŞ dolları və ya6,9% artım deməkdir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.