Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Fransaya 41,3milyon ABŞ dolları dəyərində 81,7 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 15,8 milyon ABŞ dolları və ya 27,6%,həcm ifadəsində isə 8,011 min ton və ya 8,9% azdır.
Dövr ərzində Fransa bu göstərici ilə Azərbaycanın ən çox neftixrac etdiyi ölkələr sırasında 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə 8,396 milyard ABŞ dolları dəyərində 15,925 milyon tonbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 1,912 milyard ABŞ dolları və ya 18,5%,həcm ifadəsində isə 551,050 min ton və ya 3,3% azdır.