RU

Putin və Zelenski görüşü Macarıstanda keçirə bilərlər

12:21 19.08.2025
12:21 19.08.2025

Reuters agentliyi yüksək vəzifəli Ağ Ev məmuruna istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü Macarıstanda keçirilə bilər.

Mynews.az bildirir ki, Macarıstan daha əvvəl Tramp və Putinin görüşü üçün mümkün yerlərdən biri kimi nəzərdən keçirilmişdi və həmin görüş nəticədə Alyaskada baş tutmuşdu.

CNN telekanalının məlumatına görə isə, Macarıstanın Baş naziri Viktor Orban həm ABŞ, həm də Rusiya prezidentlərinə yaxın mövqedədir.

Bundan əlavə, apreldə Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasından çıxacağını elan etmişdi. Məhkəmə isə Putin üçün həbs orderi vermişdi.


Избранный
22
mynews.az

1Источники