RU

“Zirə” legioneri ilə VİDALAŞDI

Braziliyalı legioner Rafael Utziq “Zirə”ni tərk edib.

Bizim.Media xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Utziq klubun yay toplanışına qatılmamış və komandadan getmək istədiyini bildirmişdi. Sonradan klub tapmayaraq “Zirə”nin düşərgəsinə qayıdan futbolçu əvəzedici heyətə göndərilmişdi.

O, 2024-cü ildən “Zirə”nin şərəfini qoruyurdu.

Bizim.Media

Избранный
41
bizim.media

1Источники