RU

Sabirabadda yabanı halda bitən 2 tondan artıq çətənə bitkisi məhv edilib

Bakı, 19 avqust, AZƏRTAC

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları şərti adı “Xaş-xaş-2025” olan kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbir çərçivəsində rayonun Cavad və Əlicanlı kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Ümumi çəkisi 2 ton 110 kiloqram olan 2 min 357 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Избранный
78
8
azertag.az

10Источники