AZ

Sabirabadda 2 tondan artıq çətənə bitkisi məhv edildi

BAKI, 19 avqust. TELEQRAF

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Cavad və Əlicanlı kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 2 ton 110 kiloqram olan 2357 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Seçilən
48
8
teleqraf.com

10Mənbələr