RU

Ağ Evin qarşısında Ukraynaya dəstək aksiyası keçirilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vaşinqton, 19 avqust , AZƏRTAC

ABŞ-da Ağ Evin qarşısında Ukraynaya dəstək aksiyası keçirilib.

AZƏRTAC-ın məlumatına görə, aksiyada ABŞ-da yaşayan Ukrayna icmasının üzvləri ilə yanaşı amerikalılar da iştirak ediblər. Onlar əllərində ABŞ və Ukrayna bayraqları tutublar.

Nümayişçilər üzərilərində “1994-cü ili unutma”, “Öhdəliklərini yerinə yetir”, “Amerikalıyam, amma Ukraynanı dəstəkləyirəm” və sair dəstək plakatları qaldırıblar. İştirakçılar Ağ Evdə danışıqlar aparan Prezident Volodimir Zelenskini dəstəklədiklərini deyərək, ABŞ Administrasiyasını və Avropa liderlərini Ukraynada insan ölümünə son qoymağa çağırırlar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
50
azertag.az

10Источники