“Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.
Publika.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Yenidən bu şəhərdə olmaq çox xoşdur. Hər iki komandaya uğurlar arzulayıram. Bizi çox istəkli rəqibə qarşı oyun gözləyir. Həm baş məşqçilərinin, həm futbolçuların açıqlamalarından hiss olunur ki, Çempionlar Liqasının Liqa mərhələsində oynamağı çox istəyirlər. Amma biz də bunu istəyirik. Sabah düzgün oynamağa çalışmalıyıq. Biz də istəkli olmalıyıq. İnanmıram ki, azarkeşlər oyundan razı qalacaq. Yaxşı nəticə əldə etmək istəyirik.
– 3 il əvvəl “Ferentsvaroş”la qarşılaşmısız. Həmin komanda ilə indikini müqayisə edə bilərsiz?
– Futbol elə oyundur ki, daim dəyişir. 2022-ci illə müqayisədə “Ferentsvaroş”da çox şey dəyişib. Baş məşqçi, futbolçular. Bizdə də xeyli dəyişikliklər olub. Sabahkı matç hər ikimiz üçün maraqlı olacaq. Cavab oyununda bir-birimizi daha yaxşı tanıyacağıq. Sabah sona kimi mübarizə aparmağı bacarmalıyıq.
– Sizcə 3 il vvəlki “Ferentsvaroş” güclü idi, yoxsa indiki?
– “Ferentsvaroş” həddindən artıq sürətli oynayır, hücuma çox sürətli çıxırlar. Bu komanda bizim əvvəl oynadığımız “Ferentsvaroş”dan tam fərqli sistemdə oynayır. Daha dinamik bir kollektiv var. Baş məşqçi futbolçulardan sürətli oyun tələb edir. Biz daha çox topa sahib olmağa çalışırıq. Bizim üçün heç də asan olmayacaq. Amma bu cür rəqiblərə qarşı oynamışıq.
– 17 ildir “Qarabağ”dasız. Bu illər ərzində futbolçular dəyişib, amma komandanın nəticələri həmişə yaxşı olub. Bunun səbəbi nədir?