ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Qarabağ"ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" komandası ilə səfər oyunundan Bakıya sərfəli nəticə ilə qayıdacaqlarına ümid etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi bu açıqlamanı oyundan əvvəl təşkil olunan mətbuat konfransında verib.
Zubir bildirib ki, komanda rəqibə qarşı ciddi hazırlıq görüb:
"Artıq bu rəqibi tanıyırıq, onlara qarşı bir neçə dəfə oynamışam. "Ferentsvaroş" çox əzmkar və iddialı komandadır. Oyuna ciddi hazırlaşmışıq və ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.