ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüş zamanı Rusiya lideri Vladimir Putinlə əlaqə saxlayacağını bildirib.
“Qafqazinfo” xəbər verir ki, görüş Ağ Ev tərəfindən yayımlanıb.
“Bugünkü görüşlərimizdən dərhal sonra telefon danışığımız olacaq. Prezident Putin məndən zəng gözləyir”, - Tramp bildirib.