ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Burada olmaq xoşdur. "Ferensvaroş" çox əzmkar, iddialı komandadır".
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin “Ferensvaroş”la sabah keçiriləcək səfər matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
Macarıstan klubunun tanış rəqib olduğunu bildirən futbolçu Azərbaycana yaxşı nəticə ilə qayıtmağa ümudli olduğunu qeyd edib: "Artıq bu rəqibi tanıyırıq. Onlara qarşı oynamışıq. Həftə ərzində onlara qarşı yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq".
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.