RU

"Ferentsvaroş" hücumlara həddindən artıq sürətli çıxır" - Qurban Qurbanov

"Qarabağ" "Ferentsvaroş"a qarşı səhvsiz oynamağa çalışacaq.

"Football-plus.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Yenidən Budapeştdə olmaq xoşdu. Bu stadionda, çılğın azarkeş kütləsi önündə yaxşı komandaya qarşı çıxış etmək həqiqətən xoşdu. Bizi istəkli komandaya qarşı oyun gözləyir. Rəqib kimi biz də Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirik. Sabah səhvsiz oynamağa çalışacağıq. Yaxşı nəticəyə ümid edirik".

O, 2023-cü ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşdıqlarını xatırladıb:
"Həmin vaxtdan rəqibin heyətində bir çox dəyişikliklər olub. Həmçinin məşqçilər korpusu da dəyişib. Eləcə də "Qarabağ"ın da bəzi futbolçuları komandadan ayrılıb. Sabahkı qarşılaşma hər iki kollektiv üçün maraqlı olacaq. Düşünürəm ki, Bakıdakı oyunda artıq hər iki tərəf bir-birini daha yaxşı tanımış olacaq. Rəqibə qarşı ilk matçda sona qədər mübarizə aparmalıyıq".

Qurbanov rəqibin sürətli futbola üstünlük verdiyini düşünür:
"Bu komanda hücumlara həddindən artıq sürətli çıxır. Rəqib artıq tam fərqli sistemdə çıxış edir. Fiziki cəhətdən çox yaxşıdılar və dinamik oyuna üstünlük verirlər. "Qarabağ" daha çox çalışıb topa sahib olmağa çalışır. "Ferentsvaroş" isə çalışır ki, rəqibə mane olsun və öz oyununu sərgiləyə bilməsin. İstənilən halda belə rəqiblərə qarşı oynamışıq. Lakin etiraf etməliyik ki, "Ferentsvaroş"un heyətində yer alan futbolçular daha bacarıqlıdılar".
Избранный
13
50
football-plus.az

10Источники