ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Yenisabah.az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.
Yusuf Dursunov (125 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib. Dominos pizza
Qeyd edək ki, mundiala avqustun 24-də yekun vurulacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.